İrandan BMT-nin qərarına etiraz

Bu gün, 09:38           
İrandan BMT-nin qərarına etiraz
İran Xarici İşlər Nazirliyi bəyan edib ki, Böyük Britaniya, Almaniya və Fransanın təşəbbüsü ilə (Aİ-3) BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını bərpa etmək səyləri nüvə proqramı ətrafında yaranmış böhranın diplomatik yolla həlli üçün bütün cəhdlərə zərbə vurur.
Bakupost.az xəbər verir ki, XİN-nin bəyanatında deyilir: “Bu gün üç Avropa ölkəsinin BMT Təhlükəsizlik Şurasında əvvəllər ləğv edilmiş Təhlükəsizlik Şurasının qətnamələrinin bərpasına yönəlmiş hərəkətləri qeyri-qanuni, əsassız və təxribat xarakterlidir, davam edən diplomatik proseslərə ciddi zərbə vurur”.
XİN bəyan edib ki, İran BMT Təhlükəsizlik Şurasının sanksiyalarını bərpa etmək cəhdləri də daxil olmaqla, istənilən qeyri-qanuni hərəkətə lazımi cavab vermək hüququnu özündə saxlayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru