Gürcüstanda azərbaycanlı dil bəhanəsi ilə döyüldü VİDEO

Bu gün, 09:47           
Gürcüstanda  azərbaycanlı dil bəhanəsi ilə döyüldü  VİDEO
Marneulidə Gürcü dili tələbi zəminində şirniyyat evində insident baş verib.
Bu axşam, saat təxminən 20:30 radələrində Marneuli şəhərində insident yaşanıb.
24News portalının verdiyi məlumata görə, insident zamanı bir nəfər "Melodiya" adlı şirniyyat evinə daxil olub və orada çalışan yeniyetmədən gürcü dilində danışmağı tələb edib.
Məlumata görə, yeniyetmə gürcü dilində cavab verə bilmədikdə, həmin şəxs onu şillələyib. Bu zaman ətrafda olan vətəndaşlar ilə həmin şəxs arasında qarşıdurma yaşanıb.
İnsidentə səbəb olan şəxsin Marneuli Bələdiyyə Şurası sədr müavini Riçard Qiqaninin oğlu olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru