İsrail anons etdi: Görünməmiş güc tətbiq edəcəyik!

Bu gün, 10:14           
İsrail anons etdi:
İsrail hərbçiləri Qəzza şəhərində HƏMAS və digər terror təşkilatlarına qarşı əməliyyatlarda misli görünməmiş qüvvə tətbiq edəcəyini bildirərək, sakinləri cənuba doğru köç etməyə çağırıb.

Bu barədə İsrail ordusunun sözçüsü Aviçay Adrai məlumat yayıb.

O bildirib ki, Səlahəddin yolu cənub istiqamətində bağlıdır və yeganə keçid Ər-Rəşid küçəsidir. O, sakinləri bu fürsəti qaçırmayaraq humanitar əraziyə köç edən yüz minlərlə şəhər sakininə qoşulmağa çağırıb.

Qeyd edək ki, ən son məlumatda şəhərdən 450 mindən çox insanın köçdüyü bildirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru