“Qara Cümə” nə deməkdir? – VİDEO

21-11-2018, 08:34           
“Qara Cümə” nə deməkdir? – VİDEO
ABŞ-da hər il noyabr ayının dördüncü cümə axşamı gün “Minnətdarlıq Günü” (Thanksgiving Day) kimi qeyd olunur. Bu gündən bir gün sonra, yəni Cümə günü “Black Friday” yəni “Qara Cümə” adlandırılır. Həmin gün mağazalar ən azı 20% olmaqla 70%-ədək endirimlər tətbiq etdiklərindən insanlar mağazalara hücum çəkirlər. Bu Cümə günü də ABŞ-lı istehlakçılar mağazaların qarşısında uzun növbələr əmələ gətirmişdi. Mağazaya ilk girənlərdən olmaq və istədiyi məhsulu qurtarmadan almaq üçün saatlarla növbə gözləyən Amerikalılar, xüsusilə “Moda Prospekti” kimi tanınan “Fifth Aveneu”dakı mağazaların qapısında gözləməyə başlamışdılar.

Bu il “Qara Cümə” günündən etibarən ilin sonuna kimi 600 milyard dollarlıq alverin ediləcəyi gözlənilir.

Bəs nə üçün həmin gün “Qara Cümə” adlandırılır?

Bu alver gününə ilk dəfə 1961-ci ildə qəzetlər tərəfindən “Black Friday” adı qoyulmuşdur. Bunun səbəb olaraq isə o gün Fladelfiada, alış-verişdən ötəri nəqliyyatda yaranan “tıxac”lar və digər çətinliklər göstərilmişdi.

Ancaq 1975-ci ildə “Black Friday” üçün başqa mənalar da işlədilməyə başladıldı. Çünki “Black Friday”, adındakı “Qara” ifadəsinə baxmayaraq, bir çox adam tərəfindən qara deyil “Pink” (çəhrayı) hesab edilirdi.


Çünki bu dövrdə bir çox mağaza, ilin ən yaxşı gününü yaşayır və gəlirlərini olduqca yüksəldirlər. O günə qədər il ərzində zərər edən firmalar həmin gün səbəbindən ili böyük qazancla bağlaya bilirlər.

“Black” sözü İngiliscədə eyni zamanda mühasibatlıq dilində də tez-tez istifadə edilən bir sözdür. Belə ki, “Black” balansda qazanc ilə zərərin başabaş gəldiyi nöqtə üçün də istifadə edilən bir təbirdir. Bu səbəbdən də “Black Friday” şirkətlərin zərərdən başabaş nöqtəsinə gəlməsini təmin edən gün olaraq da adlandırılır.



Bundan başqa, ABŞ-ın şirkətləri zərərlərini mühasibat hesablarına qırmızı qələmlə yazarlar, qazanc əldə etdikləri nöqtədə qara qələm istifadə edirlər. “Qara Cümə”, şirkətlərin o gün üçün yalnız qara qələm istifadə etməsinə səbəb olduğundan “Black Friday” belə bir məna da verir.

Bu dövrdə edilən alverə bariz bir nümunə kimi “Wal-Mart” göstərilə bilər. Dünyanın ən böyük pərakəndə mağazalar şəbəkəsi həmin gün milyardlarla dollar gəlir əldə edir.

© Marja.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.