Polis zabitinin yaratdığı dəstəsi ilə bağlı – Qərar

29-11-2018, 10:17           
Polis zabitinin yaratdığı dəstəsi ilə bağlı – Qərar
Bakıda bankomatları yarmaqda təqsirli bilinən sabiq polis əməkdaşı Xəyal Rüstəmov, onun rəhbərlik etdiyi dəstənin üzvləri - Orxan Əhmədov, Rizvan Ağayev və Elməddin Zülfüqarovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəyal Rüstəmov 9 il, Orxan Əhmədov 8 il, Rizvan Ağayev 10 il, Elməddin Zülfüqarov isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Orxan Əhmədov Xətai rayonunda quraşdırılmış bankomatı qaynaq aparatı ilə kəsib və 40 min manat oğurlayıb.

Saxlanılan şəxsin ətrafında aparılan əməliyyat axtarış tədbirləri nəticəsində onun bu əməli tək törətmədiyi üzə çıxıb.

Bəlli olub ki, Orxan Əhmədova bankomatları yarmaqda Rizvan Ağayev, Xəyal Rüstəmov və Beyləqan rayon sakini olan Elməddin Zülfüqarov kömək edib.

Onların Xətai rayonu, Əhmədli kəndində bələdiyyə binasında yerləşən bankomatı yararaq 51 min 200 manat oğurlaması da üzə çıxıb.

Orxan Əhmədov və digər şəxslər başqa-başqa vaxtlarda müxtəlif bankomatları hədəf seçiblər. Onlar pensiya və müavinətlərin verildiyi vaxtı əvvəlcədən müəyyən edib və kəndlərdə, insanların az olduğu yerlərdə özünə məxsus aparatlarla bankomatları gizli formada kəsərək pulları ələ keçiriblər.

Məlum olub ki, təqsirləndirilən Xəyal Rüstəmov Beylaqan rayon polis şöbəsinin əməkdaşı olub, o, Binəqədi rayonuna ezam edilib və burda çalışırmış.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.