Naxçıvanda intihar etdiyi deyilən baş nazirin sabiq bininci müavini “Azinforum”a danışdı – ÖZƏL

12-12-2018, 13:06           
Naxçıvanda intihar etdiyi deyilən baş nazirin sabiq bininci müavini “Azinforum”a danışdı – ÖZƏL
Naxçıvanda dekabrın 7-sində intihar etməsi ilə bağlı xəbər yayılan Muxtar Respublikanın baş nazirinin sabiq birinci müavini Asəf Məmmədov Azinforum.az-a özəl açıqlama verib. O, yaxınlarının və doğmalarının bu xəbərdən ciddi sarsıntı keçirdiklərini bildirib:

“Hansısa məmurun vəzifədən azad edilməsi normal bir haldır. Ancaq bu, kiməsə əsas vermir ki, vəzifədən azad olunan sabiq məmur barədə öz mülahizələri əsasında həqiqəti əks etdirməyən şayiələr yaysın. Hesab edirəm ki, həmin doğru olmayan xəbərin yayılmasında maraqlı olan qüvvələr var, onların kimliyi mütləq araşdırılmalıdır. Hər halda, jurnalistə də həmin yanlış xəbəri kimsə verib. Amma siz media adamları da, hər eşitdiyinizi yazmamalısınız. Hər halda, mənimlə və ya doğmalarımla əlaqə saxlanılsaydı dərhal bu xəbərin yanlış olduğu üzə çıxardı. Əsası olmayan belə ağır xəbər bizə və doğmalarımıza çox pis təsir edib. Yəqin ki, hüquqi vasitələrdən istifadə edib, bizə dəyən mənəvi zərərin kompensasiyasını tələb edəcəm. Təşəkkür edirəm ki, bu məsələyə aydınlıq gətirdiniz”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.