Saç boyası xərçəng yaradırmış

13-12-2018, 07:39           
Saç boyası xərçəng yaradırmış
Araşdırmalar nəticəsində məlum olub ki, müxtəlif ölkələrdə yaşayan qadınların çox hissəsinin istifadə etdiyi saç boyalarının tərkibində onkoloji xəstəliklərin inkişafı üçün provokator rolunu oynayan maddələr var.

Bir çox boyaların tərkibində olan ikinci dərəcəli aminlər kimi xüsusi kimyəvi maddələr, o səbəbdən təhlükəli sayılır və onlar, havada olan müxtəlif birləşmələrlə ( misal olaraq, tabak tüstüsü) reaksiyaya girdikdə, ən güclü kanserogen birləşmələr ifraz olunur. Ən təhlükəlisi odur ki, ikinci dərəcəli aminlər baş dərisinə uzunmüddətli (aylar və hətta illərlə) çökə bilirlər. Bununla məlum olur ki, boyanı nə zaman istifadə etməyinizdən və hansı boya istehsalçısını seçməyinizdən asılı olmayaraq özünüzü böyük təhlükəyə atmış olursunuz.

2009-cu ildə alimlər və həkimlər xəbərdarlıq etmişdilər ki, saçların tez-tez boyanması ( ildə 9 dəfədən artıq) leykemiya təhlükəsini 60 % artırır. 2010-cu ildə isə Avropada daimi istifadəsi zamanı sidik kisəsi xərçənginə gətirən bir çox boyaların satışı qadağan edilib.



Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.