Rayon sakinləri Mediaxeberleri.az-ın keçirdiyi sorğuda ərzaq məhsullarının qiymətlərinin bir neçə dəfə artmasından şikayətlənib.
"Çox bahaçılıqdır, dolanışıq çətindir, aldığımız maaşla uyğunlaşa bilmirik, marketə girib ancaq ərzaqlara baxıb çıxırıq, ala bilmirik, dövlət camaata yardım etsin, pis vəziyyətdəyik" - deyən Tovuz rayon sakini Murad Əliyev yağ, pendir, ət, toyuq kimi məhsulların qiymətlərinin artdığını xüsusi qeyd edir.
Mediaxeberleri.az-ın qərb bölgəsində apardığı müşahidələr və satıcılarla söhbətdə qiymətlərdə artımın olduğu təsdiqlənib.
Gədəbəy rayonunda şəxsi ərzaq dükanının satıcısı deyir ki, şirkətlər məhsul gətirərkən insanların tez-tez istifadə etdikləri bəzi məhsulların qiymətlərini fərqli təklif edir.
"Ayda 2-3 dəfə qiymətləri dəyişirlər, bəziləri çox, bəziləri az. Biz də ona uyğun satırıq", adının çəkilməsini istəməyən satıcı qeyd edib.