Bu da bizim kamikadze piyada - Yoldadır, yoxsa bulvarda? - VİDEO

20-12-2018, 15:45           
Bu da bizim kamikadze piyada - Yoldadır, yoxsa bulvarda? - VİDEO
\Yollarımızda məsuliyyətsiz sürücülər kimi, məsuliyyətsiz piyadalar da var. Təəssüf ki, piyadalar çoxluq təşkil edir. Bəzən bilərəkdən özlərini təhlükəyə atırlar. Elə bu videodakı piyada kimi. Sosial şəbəkələrdə yayılan videodan görünür ki, piyada öz səhlənkarlığı, diqqətsizliyi, harada hərəkət etdiyini dərk etmədiyindən az qala avtomobil tərəfindən vurulacaqdı. O sanki son anda siqnal səsinə ayılır və ağır faciə baş vermir.

Düzdür, həmin ərazidə icazə verilən sürət həddi 60 km/saat olsa da sürücü vəziyyətə görə avtomobili daha ehtiyatlı idarə etməli idi. Amma piyada bu hadisə nəticəsində dünyasını dəyişsə, ağır xəsarət alsaydı böyük mənada təqsirin kimdə olmasının bir əhəmiyyəti olmayacaqdı. Gedən can geri qayıtmır. Odur ki, hörmətli piyadalar, yollarda ehtiyatlı olun.

Teref.az avtosfer.az-a istinadən görüntüləri təqdim edir:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru