70-ci illərdə iki vətənpərvər müəllim Laçının torpaqalrını ermənilərdən necə qorudu - UNUTMAYAQ.......

22-12-2018, 23:21           
70-ci illərdə iki vətənpərvər müəllim Laçının torpaqalrını ermənilərdən necə qorudu - UNUTMAYAQ.......
Teref.az olaraq Laçın rayonu sakini olan Nicat Nağdalının statusu əsasında yazılmış bu acı xatirələri oxuculara təqdim edirik:
İki müəllimin mübarizəsi, Çingiz Mehrəliyev və İbiş Əsgərov.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycan SSR ilə Ermənistan SSR arasında müəyyən edilmiş sərhədləri ermənilər 70 ci illərdən başlayaraq pozmağa başladılar.Belə ki razılaşdırılmış sərhəd bölgüsünə görə Laçın rayonunun Sadınlar və Hacılar kəndləri ilə əvvəllər Azərbaycana məxsus olan Xoznavar , Bayandur ( ermənilər dəyişdirib Vaqatur qoymuşdular ) və Köhnə Gorus kəndləri arasında sərhəd Buzuvçu dərəsi ilə üzü yuxarı Məscidin düzü ( Hoçaz yurdu ) və Məscidin dərəsi ilə yuxarı Ayı dərəsi ilə müəyyən olunmuşdu.Bu zaman Qurban bulağı , Qazı gölü , Kar daş əfsanəvi Bayandur dərəsi ermənilərə qalmışdı Sonra ermənilər qonşuluq birgə istifadə adı ilə əvvəlcə Hoçaz kəndinə məxsus gözəl Məscidin düzünü, sonra Cağazur kəndinə məxsus Ayı dərəsi yaxınlığındakı böyük düzü ələ keçirdilər və azğınlaşıb Qarıqışlaq və Sadınlar kəndlərinə məxsus ərazilərə və bütövlükdə bütün Qar göl yaylağına iddialanmağa başladılar.Elə həmin vaxtdan da Azərbaycan xalqının qeyrətli oğulları Çingiz Mehrəliyevlə İbiş Əsgərov meydana çıxdılar.Moskvaya ardı arası kəsilmədən məktublar , teleqramlar göndərdilər.Dəfələrlə Bakıya çağrıldılar.Çingiz müəllim rus dili müəllimi olduğuna görə Moskvaya qəbula getdi.Onlara Moskvadan şirnikləndirici vədlər etdilər, millətçi , millətlərarası münasibətləri pozduqları üçün həbs etməklə hədələdilər.Ancaq onlar dönmədilər.Moskvadan , Bakıdan , İrəvandan dəfələrlə komissiyalar gəldi.Bu mücahid müəllimləri yola gətirə bilmədilər.
Onların hər ikisini müxtəlif vaxtlarda məktəb direktoru vəzifəsindən azad etdilər.İşlərini Moskvanın göstərişi ilə prokurorluğa göndərdilər.Ancaq böyük bir imperiya bu iki nəfər kənd müəllimi ilə bacarmadı.Nəhayət dəqiq tarixini deyə bilmərəm , gərək ki 1977-ci ilin avqust ayında Moskvadan , Bakıdan və İrəvandan böyük bir birləşmiş komissiya helikopterlə Qara gölə gəldi.Ermənilər Moskvanı aldatmışdılar ki sərhəd xətti keçən İşıqlı dağı bu dağdır.Bu dağ isə əslində coğrafi ədəbiyyatda Kiçik İşıqlı gedirdi , yerli əhali isə Dəmir daş deyirdi.Böyük İşıqlı isə buradan ən azı 50 km uzaq idi.Sərhəd Böyük İşlqlıda bağlanırdı.Artıq Qara göl faktiki olaraq əldən gedirdi.Həmin vaxt Laçın rayon İcraiyyə komitəsinin sədri Ümid Allahverdiyev , Çingiz müəllim və İbiş müəllim Sadınlar kəndində bizim evdə məsləhətləşdilər.Qara göl ətrafındakı Hacılar , Sadınlar , Qarıqışlaq , Quşcu , Mirik və s.kəndlərdən yük maşınları ilə ayağı yer tutan hamı Qara gölə toplaşmalı icrakomun və oradakı bütün yük avtomobilləri yandırılmalı ,icrakomun sədrinə qarşı fiziki təsir göstərilməli idi.
Zəruru qeyd: "Ümumiyyətlə Qara göl , İşıqlı dağı elə bir strateji mövqedir ki buradan qərbdə Naxçıvana və qərbi Azərbaycana, cənubda Qarabağa və Şərqdə Kəlbəcər və Gəncəbasarla əlaqə yaratmaq və bu yüksəklikdən nəzarət etmək olurdu.Ona görə də hələ 1918 - 1920 ci illərdə Keçəldağ döyüşlərində əsas döyüşlər Qazı gölündə və Qara göldə getmişdi.Türk hərbçiləri Sultan bəyə və Seyid Həmidə Qara gölü mütləq ələ keçirməyi tövsiyyə etmişdilər.Seyid Həmidin komandirlik etdiyi Azərbaycan silahlı dəstələri Keçəl dağda erməni quldur dəstələrini son nəfərinə qədər məhv etdikdən sonra bu vacib ərazi Azərbaycanın nəzarətində qalmışdı."
Səhərisi o cür də oldu.Uzun çıxır ona görə qısaltmağa məcburam.Bakıdan gələn bir vəzifəli Çingiz müəllimin üstünə qışqırdı ki sənin çürük qələmin bizi qoyub Moskvanın yumruğu altında bizdən nə istəyirsən.O qışqıran kimi İbiş müəllim də var gücü ilə qışqırdı ki torpağı satan budur vurun bunu və onu sillə ilə vurdu.Camaat hərəkətə keçəndə Moskvadan gələn ağıllı usta adam idii.O adamları sakitləşdirdi .Ümid müəllimin ona verdiyi həqiqi xəritəyə baxandan sonra Çingiz müəllimə dedi ki yazmısan ki ermənilər burada Azərbaycan müsəlman qəbiristanlığını dağıdıblar o yeri göstərə bilərsinizmi? Hamı bir ağlzdan dedilər ki bəli.Qəbiristanlıq da gölün başı deyilən yerdə düz İşıqlının ətəyində Çeyil adlanan düzdə idi.Orada da rəhmətlik Cəfər kişi ( Qara Cəfər ) dizlərini yerə qoyub əlləri ilə torpağı eşdi ayparalı ərəb hərfli baş daşlarını çıxardı.Moskvadan gələnlər bu daşların və ərazinin fotolarını çəkdilər.Sonra Çınqıllı bulağın yanında Çingiz müəllimlə , İbiş müəllimlə Moskvadan gələn iki saatdan çox söhbət etdilər.Çingiz müəllimlə İbiş müəllim dirəniş göstərdilər ki bizə rəsmi cavab lazım deyil.Elə burada xəritəyə və gördüklərinə əsasən ermənilərə bildir ki sizin burada torpağınız yoxdur.Yoxsa buradan heç kəs getməyəcək.Çox tərəddütdən sonra o bütün adamları topladı və bu günkü kimi yadımdadır Gorusun katibinə dedi ki:" vı obmanuli nas.Xvatit.".
Sonra helikopterə minib çıxıb getdilər.Hətta getməmiş İbiş müəllim onları çay içməyə də dəvət etdi.Sonra Moskva Qara gölü Ümumittifaq qoruğu elan etdi və tabeçiliyini Azərbsycana verdi.Qaldı bu məsələlərdə Laçının o vaxtkı rəhbərlərindən kiminsə adının hallanmasına , o hadisələrin yaxın iştirakçısı kimi əminlklə deyə bilərəm ki ağ yalandır.Çünki bütün söz söhbət İttifaq və respublika təşkilatları arasında gedirdi.Bu rayon səviyyəsində baxılası məsələ deyildi.

Nizami İsmayıl
Zəruri qeyd: Bakıdan gələn yüksək çinli məmur kənd təsərüfatı nazirinin müavini Hüseynbəyov olub.
Yerlilərin dediyinə görə o zaman rayon camaatına ermənilərə qarşı dirəniş göstərib qalib gəlməkdə rusiyalı Qaragölsevər rus yazıçısı, tərcüməçisi və türkoloqu İqor Peçenyev

Fotolara görə Rəfail Mirzəyev müəllimə təşəkkürlər












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.