İmperiyanın süqutunun səbəbi açıqlandı

26-12-2018, 08:14           
İmperiyanın süqutunun səbəbi açıqlandı
Uyğun olmayan iqlim bir neçə yüz il davam edib
Oksford universitetinin alimləri 4 min il əvvəl mövcud olan Akkad dövlətinin məğlubiyyətinin səbəbini müəyyən ediblər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, imperiyanın süqutuna bölgədə tüğyan edən böyük quraqlıq səbəb olub.

Alimlər İranın şimalında Qol-i Zərh mağarasında stalaqmitin kimyəvi tərkibini təhlil edərək bu qənaətə gəliblər.

Akkad dövləti eramızdan əvvəl XXIV-XXII əsrlərdə Mesopotamiyada, müasir İraq ərazisində mövcud olub. Bu dövlət o dövrlərin böyük dövlətlərindən olub və eramızdan əvvəl XXIII əsrdə tənəzzülə uğrayıb.

Klimatoloqlar stalaqmiti araşdırıb və iki özəlliyini müəyyən ediblər.

4510-4260 il əvvəl maqnezium/kalsium nisbətində artım, stalaqmitin artımında yavaşlama və sabit oksigen izotoplarının tərkibində artım olub.

Sonuncunun sayının artması uzun bir quraqlıq dövrünün olduğunu sübut edir və çox sayda maqnezium atomunun olması havada yüksək miqdarda toz olduğunu göstərir.

Alimlərin fikrincə, quraqlığın düşməsi ani olub. Belə ki, bu da insanların Mesopotamiyanın şimalından daha uyğun yerlərə köçməsinə səbəb olub. Uyğun olmayan iqlim bir neçə yüz il davam edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.