Eynşteyndən 10 maraqlı deyim

12-05-2019, 00:00           
Eynşteyndən 10 maraqlı deyim
Məşhur alim Albert Eynşteyndən 10 maraqlı deyimi təqdim edirik:

– Tanrı baş verən uyğunluqlarda məxfiliyini qoruyur…

– Yaşantılarımızın ən gözəli – sirrləri duya bilməyimizdir. Bu -incəsənət və elmin əsl mənbəyidir. Bu hissləri yaşamayan, heyranlıq içində bir anlıq ayaq saxlayaraq düşünməyən kəs meyit kimidir, gözləri qapanmışdır…

– Sən ora can at ki, orda uğur qazanmaq əvəzinə, həyatın məna kəsb edər…

– Problem varsa, həll yolu onun baş verdiyi qatda deyil. Onun həlli üçün üst qata qalxmaqla problemin fövqündə olmalısan…

– İnsanlara öyrətməyin ən ağılabatan yolu onlara nümunə olmaqdır…

– İki növ sonsuzluq var: Kəhkəşan və sarsaqlıq. Hərçənd, Kəhkəşanın sonsuzluğuna tam əmin deyiləm…

– Bilmirəm, 3-cü dünya müharibəsində hansı silah tətbiq olunacaq, amma 4-cü dünya müharibəsi kirtdək və daşla olacaq…

– Hər kəs bilir ki, mümkün deyil. Bir də görürsən, bundan xəbərsiz avamın biri gəlir və kəşf edir…

– İki cür yaşamaq var: möcüzələri qəbul etmədən və bütün baş verənlərin möcüzə olduğunu sanırmış kimi yaşamaq…

– İnsan özünü aşmış halından etibarən yaşamağa başlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru