Alimlər İsa Peyğəmbərin əsl portretini tapdılar – Foto

27-06-2019, 22:28           
Alimlər İsa Peyğəmbərin əsl portretini tapdılar – Foto
Uzun illər alimlər əslində İsa Peyğəmbərin hansı sifət cizgilərinə sahib olduğunu müəyyən edə bilməyiblər.
Britanliyalı tarixçi, İncilin tədqiqatçısı Ralf Ellis iddia edir ki, eramızın ilk əsrində zərb edilən bürünc sikkə İsanın yeganə portretidir. Bu günəı qədər isə 24 millimetrlik sikkənin üzərində Mesopotamiyanın Edessa çarlığının hökmdarı Manunun əks olunduğu düşünülürdü.
Isa Peyğəmbərin şekili olduğu iddia edilir 1

30 illik tədqiqatdan sonra Ellis bu qənaətə gəlib ki, Manu və İsa əslində eyni adam olublar. Ralfın sözlərinə əsasən, onun kəşfi müasir tarixin ən vacib kəşflərindən biridir. O, Manu və İsanın bütün həyatını detallarına qədər tədqiq edərək bildirib ki, bu qədər uyğunluq təsadüf ola bilməs. Ellis deyir ki, eyni adam “Çar İzas Manu” və “Çar İsa Emmanuil” adlandırılıb.

Əgər alim kəşfində yanılmırsa, sikkə İsanın yeganə və dəqiq portretidir. İncil kitabında isə İsanın fiziki təsviri yoxdur. Onun uzun saçlı, ağ paltarlı rəsmi isə eramızın VI əsrinə aiddir. Ellis isə kəşfi ilə bağlı “İsa Edessanın kralı” kitabını buraxıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.