"Apple Music"in tarixində ən populyar mahnıların reytinqi

Bu gün, 16:38           
"Apple Music"in tarixində ən populyar mahnıların reytinqi
"Apple Music" striminq xidməti 10 illik yubileyi şərəfinə platformanın tarixində ən populyar 500 mahnının reytinqini açıqlayıb.

Oxu.Az bu barədə "The Hollywood Reporter" nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, siyahının lideri britaniyalı ifaçı Ed Şiranın "Shape of You" treki olub. 2017-ci ildə yayımlanan hit ən azı bir ölkənin pop-çartlarında 1800 gün ərzində birinci yeri tutub.

Reytinqdə ikinci yeri "The Weeknd"in "Blinding Lights" kompozisiyası, üçüncü yeri isə reper Dreykin "God's Plan" mahnısı tutub.

Reytinqdəki 500 mahnının hamısını "Apple Music"də artıq mövcud olan xüsusi pleylistdə dinləyə bilərsiniz.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.