Erməni-ərəb terorrunun qurbanları - "Qara sentyabr" və "Asala" "qardaşlığı"... FOTO

20-09-2019, 08:15           
Erməni-ərəb terorrunun qurbanları - "Qara sentyabr" və "Asala" "qardaşlığı"... FOTO
Fotoda 1972-ci ildə Almaniyanın Münhen şəhərində keçirilən yay olimpiya oyunları zamanı ərəb-erməni terrorunun qurbanı olan yəhudi idmançıları və məşqçiləridir
1) Yusif Qutfroynd, hakim
2) Moşe Vaynberğin, məşqçi
3) Yusif Romano, ştanqçı
4) David Berqerin, ştanqçı
5) Zeev Fridmanın, ştanqçı
6) Eliezer Xalfin, pəhləvan
7) Amisur Şapira, yüngül atletika üzrə məşqçi
8) Kexat Şor, məşqçi
9) Mark Slavinaları, pəhləvan
10) Andre Şpitser, məşqçi
11) Yaakov Şprinqer- hakim
Bu hadisəni "Qara Sentyabr" adlı terror təşkilatının törətməsi sübut olunub. Ancaq bir fakt hələdə dilə gətirilmir! ERMƏNİ faktoru. Qara sentybarın yaradıcı olan erməni Hakob Hakobyanın adı hallanmır..
Ərəb və ermənilərin birgə yaratdığı və əsas hədəfləri yəhudilər olan “Qara Sentyabr” təşkilatı ərəbcə “Munaẓẓamat Aylūl al-aswad” (Qara Sentyabrın əli) adlanır. FƏTH təşkilatının maliyyə dəstəyi ilə yaradılan bu qruplaşmada əsas söz sahiblərindən biri Hakob Hakobyan idi. Onun varlı erməni və ərəb biznesmenlərindən maliyyə yardımı alması, türk və yəhudilərə olan hədsiz nifrəti FƏTH liderlərinin diqqət mərkəzində idi. Buna görə özlərinə onu cəlb edən FƏTH ona Mücahid ləqəbi də vermişdir..
1988-ci ilin 28 aprelində Yunanıstanın paytaxı Afina şəhərində iki güllə ilə vurulmuş şəxsin üzərində tapılan passportlarda Yəmən Xalq Demokratik Respublikasının vətəndaşı Əbdül Məhəmməd Qassimin və Henri Titsian adları yazılmış idi. Polisin ilkin versiyasına görə öldürülən şəxs evinin qarşısndan aeroporta sifariş verərək taksini gözləyən zaman güllələnib. Daha sonra polisin açıqlaması dünya mətbuatında bomba kimi partladı. Öldürülən şəxs Miqran Miqranyan və Harutyun Takoşyan adları ilə də tanınan ASALA təşkilatının qurucusu və ərəblərlə birgə yəhudilərə cihad elan etmiş Hakob Hakobyan adlı erməni terorçusu imiş. Cinayət işi üzrə başlanmış araşdırma sonuncsuz nəticələnir. Qatillər tapılmır. Bəzi məlumatlara görə onu türk milliyyətçiləri (bozqurdlar) aradan götürmüşdü. Lakin sonra mediada gedən yazılarda Hakob Hakobyanı 1973-cü ildə İsrail Beyrutda MOSSAD-ın və SAXAL-ın (İsrail Müdafiə Ordusu) qüvvələri hesabına “Gənclik baharı” adlı əməliyyat qrupu tərəfindən öldürülməsi xəbəri yayıldı və bir söz bütün yazıların sonuncu cümləsi idi:
“1972-ci ildə Almaniyanın Münhen şəhərində keçirilən Olimpiada zamanı yəhudi idmançılarına qarşı terrorun qisası alındı!!
Parisdə nəşr olunan gündəlik “Le Matin” qəzeti A. Akopyanın 1972-ci il olimpiya oyunları zamanı yəhudi idmançılara hücum etmiş ərəb terrorçularının arasında olması barədə məlumat yaymışdı..
AMMA BU FAKTLARI DÜNYA BİLƏ-BİLƏ SUSUR...
NECƏ Kİ, XOCALIYA SUSDU
NECƏ Kİ, QARADAĞLIYA SUSDU
NECƏ Kİ, QARABAĞIN BU GÜN İŞĞAL ALTINDA OLMASINA SUSUR
Aron Hanukaev
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.