Polşada baş nazirin həyat yoldaşının avtomobili oğurlandı
Bu gün, 15:24
Polşanın Sopot şəhərində naməlum şəxslər Baş nazir Donald Tuskun həyat yoldaşı Malqojataya məxsus "Lexus" markalı avtomobili oğurlayıblar.
Bu barədə TVN24 telekanalına Polşa polisindən məlumat verilib.
Polis insidentlə araşdırmalara başladığını bildirib.
Hadisənin digər təfərrüatı barədə məlumat verilməyib.
Qeyd olunur ki, Tuskun ailə evi Sopotda yerləşir və xüsusi mühafizə altındadır. Polşada yüksəkvəzifəli məmurların və onların ailələrinin mühafizəsi ilə Dövlət Təhlükəsizlik Xidməti məşğul olur.