“Belə məsuliyyətli iş bir “alkaş”a həvalə edilib” – Kabusa çevrilən məsələyə necə nəzarət olunur?

3-12-2019, 18:35           
“Belə məsuliyyətli iş bir “alkaş”a həvalə edilib” – Kabusa çevrilən məsələyə necə nəzarət olunur?
Brüksel universitetinin 750 futbolçu üzərindən, 2 il müddətində apardığı araşdırmaya əsasən, az miqdarda su qəbul edən futbolçuların daha asan və tez zədələndiyi məlum olub. Qidalanmada sudan az istifadə xüsusilə də, qıçlarda qıc olma hallarının yaranmasına daha çox səbəb olur. Bir çox klublarda da futbolçular suyun nə qədər önəmli olması haqqında bilgiləndirilsə də, onların bu qaydalara riayət etməməsi aşkar edilib.
Bəs görəsən, Azərbaycan futbolunda bu qaydalara nə dərəcədə riayət olunur? Xüsusilə də gənc futbolçuların kabusuna çevrilən, gələcək karyerasını məhv edən ciddi zədələrin qarşısını almaq üçün bizdə hansı işlər görülür? Futbol akademiyalarında gənclərin qidalanmasına necə, hansı həkimlərlə nəzarət olunur?

Bununla bağlı "Yeni Sabah"a danışan futbol üzrə 19 yaşlılardan ibarət millimizin sabiq həkimi Naib Abdulla suyun idmançılar üçün önəmli olduğunu, lakin bizdə bu kimi qaydaların ancaq kağız üzərində qaldığını söyləyib:

"Əvvəlcə qeyd edim ki, SSRİ dönəmində futbolçuları sudan məhrum etmişdilər. "Nə qədər az su qəbul olunurdusa, çəki o dərəcə tez atılır", deyirdilər. Lakin bu kökündən yanlışdır. Çünki orqanizmin 70 faizi sudan ibarətdir, qalanını isə üzvü maddələr təşkil edir. Belə nəzərdə tutsaq ki, su orqanizmdə hansı rolu oynayır, həkim demədən belə, suyun orqanizm üçün böyük əhəməiyyətini anlamaq çətin deyil. Xüsusilə, idmançılar üçün su balans rolunu oynayır və buna görə də həmin ehtiyac tez-tez yenilənməlidir. Çünki futbolçu daha çox qaçır, daha çox maye itirir və tərləyir. Bunun isə yeri dolmalıdır.

İdmanla məşğul olan insanla, idmanla məşğul olmayanlar arasında bu baxımdan fərq var. Sıravi insanlar gördüyü işdən asılı olaraq, ayda bir dəfə tərləyə bilər və ya ümumiyyətlə, tərləməyə bilər. Amma idmançılar gündə bir və daha çox məşq etdiyindən, onların tər vəzləri işlək vəziyyətdə olur. İşlənən enerjinin yeri dolmalıdır. Bu proseslər suyun vasitəsi ilə tənzmilənir. Su olmadan toxumalara qida maddələrinin çatdırılması qeyri mümkündür. Biz dünya futboluna baxanda görürük ki, isti aylarda futbolçuların su içməsi üçün fasilə olur.

Ümumi qaydalar bizə başqa şey, Azərbaycan reallığı isə başqa şey deyir. Bizdə hər şey var, amma kağız üstündə. Rəsmiyyətə, reallığa gələndə biz bunları görmürük. Bunların reallıqda görülməsi, həyata keçirilməsi üçün həkim, məşqçi, rəhbərlik məşğul olmalıdır. Amma çox təəssüflər olsun ki, kiminsə maraqları hər şeyi üstələyir. Beləliklə, fikirləşdiklərimiz alt-üst olur. Bu səbəblərdən Azərbaycan futbolunda ayıb sayılan nəticələrimiz aidiyatı qrumlarımız tərəfindən də nəzərə alınsın".

Tanınmış həkim Azərbaycan futbolunda bu sahədəki çatışmazlıqları da dilə gətirib. O, futbolumuzdakı tibbi nəzarətin, belə məsuliyyətli işin bir əyyaşa həvalə olunduğunu iddia edib:

“Azərbaycan Respublikasında tibbi təhsili olan 30 minə yaxın savadlı, diplomlu həkim xalqımıza xidmət edir. Amma təsəvvür edin AFFA rəhbərliyi, Elxan Məmmədov tibbi nəzarəti Ukraynadan dəvət etdiyi, tibbi təhsili olub-olmadığı bilinməyən Xamenko adında bir “alkaş”a həvalə edib. Baş həkim statusu daşıyır. Onun üçün isə heç bir fərqi yoxdur. Pul qazanmaq düşüncəsini ortaya qoyub. Ukraynada vəziyyət yaxşı olsaydı, heç buraya gəlməzdi. Bizi heç vaxt Ukraynada nəinki baş həkim, heç hansısa balaca kluba da həkim işlıtməzdilər. Amma biz özümüzə hər kəsdən artıq dəyər veririk. Bu növbədə Elxan Məmmədov bu milləti təhqir edib. Elxan Məmmədov Ukraynadan bir “alkaş”ı gətirib millinin baş həkimi seçib. Mən dərmanların AFFA tərəfindən daha artıq qiymətə alındığını da demişəm. Qida məhsulları da belədir. AFFA-nın əlaqədə olduğu qida şirkətləri var. Uşaqlar vallah çörək yemir, nəinki qidaya əməl olunmaq. Həmişə yeməyə girəndə məcbursan deyəsən ki, filan yeməkdən bir-bir götürün, hamıya çatsın. Uşaqlar toplu şəkildə yeməyin üstünə qaçanda deyirsən, bir-bir gəlin. Onlar da deyir, həkim, çatmayacaq axı.

Futbolçular daha çox həzm edilən vitaminlərlə, minerallaela zəngin qida maddələri qəbul olunsun. Buraya daha çox meyvə və tərəvəz məhsulları daxildir. Bu baxımdan yağlı yeməkləri, bəzi ətli yeməkləri qəbul etmək olmaz. Turşu, acı yeməkləri qəbul etmək düzgüm deyil. Qıcqırma verən yeməklərdən uzaq qalmaq lazımdır. Şirniyyat məhsullarının qəbuluna icazə verilmir. Siqaret kimi zərərli vərdişlərdən idmançı uzaq olmalıdır”.

Naibə Məmmədova












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.