Müasir insanlarla eyni dövrdə yaşayıblar – Elmi nəzəriyyələr alt-üst oldu

24-12-2019, 09:20           
Müasir insanlarla eyni dövrdə yaşayıblar – Elmi nəzəriyyələr alt-üst oldu
Dik yeriyə bilən ilk insan növü kimi qəbul edilən homo erektusların nəzəriyyələrin əksinə olaraq, yaxın vaxtlara qədər yaşadığına dair faktlar əldə edilib.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın Ayova Universitetinin elm adamlarının İndoneziyanın Kava adasındakı Solo çayı yaxınlığında aşkar etdiyi dəlillər bu insan növünün 100 min il əvvələ qədər yaşadığı ehtimalını artırıb.

Əldə edilən tapıntılar erektusların müasir insanlarla eyni dövrdə yaşadığını göstərir.

İki milyon il əvvəl Afrikada ortaya çıxan növün “qara qitə”də 500 min, Çində 400 min il əvvəl yoxa çıxdığı ehtimal olunurdu.

1930-cu illərdə yenə də Solo çayı sahillərində homo erektus növünə aid 12 kəllə, iki ayaq sümüyü tapılmışdı. Lakin bölgənin geoloji strukturlarının qarışıq olması, qazıntılarda yetərli dəlillərin aşkar edilməməsi səbəbindən sümüklərin yaşı müəyyən edilməmişdi.

1990-cı illərdə bir heyət Kavada 53-27 min il əvvələ aid olduğu düşünülən sümüklər tapmışdı. Bu axtarışlar adada modern insanlarla yaşadığı dövrlə erektusların yaşadığı dövrün toqquşduğu ehtimalını gündəmə gətirmişdi.

Ayova Universitetinin professoru Rassel Çoxonun rəhbərliyindəki bir heyət bir müddət əvvəl bölgədə yeni qazıntı işləri aparıb, sümüklərin aşkar edildiyi əraziləri yenidən analizdən keçirib.

Elm adamları qazıntılardan sonra sümüklərin 117-108 min il əvvələ aid olduğu qənaətinə gəlib. Bu, homo erektusların yaşadığı ən yaxın dövr kimi qeydə alınıb.

Erektusların Yava adasında bir milyon il yaşadığı ehtimal edilir. Bundan əvvəl erektusların Cənub-Şərqi Asiyada təkamül yolu ilə kiçik növlərə çevrildiyi iddia olunmuşdu. Mütəxəssislərə görə, bunun səbəbi adada qida çatışmazlığı idi. Amma Kavada erektuslar zəngin qida ehtiyatlarına malik idi, bu səbəbdən də kiçilmə prosesindən keçməmişdi.

Mütəxəssislərə görə, aşkar olunan tapıntılar Kavada ekoloji şərtlərin dəyişməyə başladığı bir dövrə aiddir. Bu dövrdə açıq meşə ərazilərinin yağıntının bol düşdüyü meşələrə çevrildiyi, erektusların adada yoxa çıxma prosesinin bu dövrə təsadüf etdiyi bildirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.