"Bitcoin"in qiyməti yanvardan bəri ilk dəfə 105 min dolları keçdi

12-05-2025, 09:47           
"Bitcoin"in qiyməti yanvardan bəri ilk dəfə 105 min dolları keçdi
"Bitcoin"in qiyməti 2025-ci il yanvarın 20-dən bəri ilk dəfə olaraq 105 min dollar həddini aşıb.

Oxu.Az bu barədə "Binance" platformasına istinadən xəbər verir.

Bu gün 05:10-da kriptovalyuta bahalaşaraq, 105,1 min dollar səviyyəsində qiymətləndirilib. 05:55-də isə 103 458.57 dollar həddinə düşüb.

Qeyd edək ki, "bitcoin"in tarixi maksimumu 20 yanvar tarixində "Coinbase"də 109 358 dollar olaraq qeydə alınıb. Bundan sonra 75-90-100 min dollar civarında satılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru