Azərbaycanın yaşıl enerji hədəfi: Gələcəyin yol xəritəsi Bakıda dəqiqləşdi VİDEO

12-05-2025, 15:14           
Azərbaycanın yaşıl enerji hədəfi:
"COP BAKU"nun yeni buraxılışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu, qaz və alternativ enerji sahəsində gələcək planlarından bəhs olunub.

Bildirilib ki, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında enerji sahəsində böyük bir ərazidə gələcəyin yol xəritəsi dəqiqləşib.

Müzakirələrə Prezident İlham Əliyevin gələcək fəaliyyət planını bütün təfərrüatı ilə ortaya qoyan nitqi öz damğasını vurub. Prezident çıxışında vurğulayıb ki, Azərbaycanın təbii qazını hazırda 12 ölkə alır.

Bunlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. 2021-ci ildə Avropaya ixrac edilən qazın həcmi 8 milyard kubmetr idisə, hazırda bu rəqəm 13 milyard kubmetrdir.

Ancaq bu, hələ son rəqəm deyil. Azərbaycan yaxın 5 il ərzində bərpaolunan mənbələrdən alınan enerji hesabına ölkə daxilində qaza qənaət edəcək. Nəticədə isə həmin qaz həcmi ixraca yönləndiriləcək.

Ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru