Diqqətli olun! “Bolt” kartınızdan pul silə bilər – Foto

12-05-2025, 11:29           
Diqqətli olun! “Bolt” kartınızdan pul silə bilər – Foto
“Bolt” taksi sistemi elə qurulub ki, sifariş gəlməsə də, kartınızdan ödəniş silinir.

Tribunainfo.az xəbər verir ki, bu məsələni sözügedən şirkətin taksilərindən tez-tez istifadə edən Nazı Fasadova bildirib. O qeyd edib ki, problemlə əlaqədar özlərinə bildirəndə də maraqlanmırlar:

“Şikayətim “Bolt”dandır. Səhər taksi sifariş etdim və sürücü tapılmadığı üçün sifariş proqram tərəfindən ləğv olundu. Bu haqda proqramın özündə də əks olunub və gedişhaqqı 0 qeyd olunub. Üzərindən 1 saata yaxın vaxt keçdikdən sonra kartımdan gedişhaqqı çıxılıb. Dəstək xidmətinə yazıram “yola verir””.

Qeyd edək ki, son vaxtlar “Bolt” taksi xidməti ilə bağlı bu tip şikayətlər həddən artıq artıb. Şirkət isə hələlik məsələyə aydınlıq gətirmir.

Qarşı tərəfi dinləməyə hazırıq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru