CASUS QALMAQALI: Ukrayna ilə görüş LƏĞV EDİLDİ

Bu gün, 11:34           
CASUS QALMAQALI: Ukrayna ilə görüş LƏĞV EDİLDİ
Macarıstan Zakarpatiyada macar azlığının hüquqları ilə bağlı Ukrayna ilə planlaşdırılan görüşü casusluq qalmaqalına görə ləğv edib.

REN TV xəbər verir ki, bu barədə Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr nazirinin müavini Levente Madar məlumat verib.

O, daha əvvəl Ukraynanın Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olha Stefanişina ilə mayın 12-də Ujqorodda görüşün keçirilməsi barədə razılığa gəlib.

“Son günlərdə macar-ukrayna münasibətlərində baş verən hadisələr səmimi və konstruktiv məsləhətləşmələrin aparılmasına imkan vermir”, – deyə Madar Facebook sosial şəbəkəsində yazıb.

Macarıstan hökumətinin nümayəndəsi Zoltan Kovaç isə bildirib ki, ölkə hakimiyyəti Ukraynanın Macarıstanın suverenliyini pozmasına imkan verməyəcək.

Qeyd edək ki, mayın 9-da Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukrayna səfirliyində gizli işləyən iki casusun ölkədən çıxarıldığını açıqlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.