"AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır"

12-05-2025, 09:16           
"AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır"
Müğənni Nura bank kartlarının SMS xidmət haqlarının kəskin şəkildə artırılmasına sərt reaksiya verib.

Müğənni bu barədə sosial media hesabında qeyd edib:

"Bizdə niyə belədir ki? Bank kartlarının SMS xidməti aylıq 0.90 qəpikdən 3 azn-ə qaldırılıb və avtomatik qiyməti artıran kimi xidməti bağlayıblar hamıda.

Həm də bunu elə bir dönəmdə ediblər ki, hər gün insanların kartlarından külli miqdarda pul oğurlanır. Bizdə bank sistemi onsuz da bərbaddır. Yəni ki, xalqa xidmət etmir, öz cibinə işləyir banklar. Hər gün də insanlara nəğd ödənişdən uzaqlaşıb, Apple Pay və Google Pay-lə ödəniş tövsiyə olunur.

Bir insafınız olsun da. AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır, marketlərdə hər gün qiymətlər qalxır bəsdirin də, millətin qanını içdiniz".

/Pravda.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru