Ailəsi tərəfindən tərk edilən, 14 yaşında hamilə qalan Opra Uinfri ulduza necə çevrildi? VİDEO
Bu gün, 12:44
Uşaqlıq illərində ailəsi tərəfindən tərk edilən və zorakılığa məruz qalan Opra Uinfri 14 yaşında hamilə olduğunu öyrəndikdən sonra təmizləyici maddə içərək intihara cəhd edir.
Körpəsini itirən Uinfri həyatına yenidən başlamaq üçün atası ilə yaşamağa qərar verir. Təhsildə yüksək nəticələr göstərərək Tennessi Dövlət Universitetinə qəbul olunur. 16 yaşında radioda aparıcılığa başlayır, 17 yaşında isə ABŞ-nin ən gənc qaradərili müxbirlərindən biri olur.
1986-cı ildə yayıma başlayan "The Oprah Winfrey Show" adlı veriliş onu ölkə daxilində və beynəlxalq aləmdə tanıdır, milyonlarla gəlir qazandırır. Şounun Maykl Ceksonla olan buraxılışı isə dünya üzrə ən çox izlənən televiziya proqramlarından biri olub.
2008-ci il seçkilərində Barak Obamaya verdiyi açıq dəstək bir milyondan çox insanın ona səs verməsinə səbəb olur. Hazırda milyarder olan Opra Uinfri media maqnatı kimi fəaliyyətini davam etdirir və milyonlarla insana ilham verir.