Bu görüntülər Rusiyanı BİR-BİRİNƏ QATDI - VİDEO
Bu gün, 10:14

Kurskda pilon rəqsi qalmaqala səbəb olub.
“Təhlükəsiz internet liqası”nın rəhbəri Yekaterina Mizulina Kursk vilayətində fəaliyyət göstərən rəqs studiyasını məşhur “Katyuşa” mahnısı altında pilon rəqsi nümayiş etdirdiyinə görə hüquq-mühafizə orqanlarına müraciət edib.
TEREF musavat.com-a istinadən xəbər verir ki, Mizulina bu çıxışı “tarixə və döyüşçülərə hörmətsizlik” adlandırarıb.
“İkinci Dünya müharibəsi zamanı bu bölgə ən çətin dövrlərdən keçib. İndi də vəziyyət sadə deyil — Ukrayna ordusunun hücumları nəticəsində çox sayda insan evsiz qalıb. Bu cür çıxışlar yolverilməzdir.” , – deyə o, qeyd edib.
Sosial şəbəkə istifadəçiləri və bəzi media orqanları isə Mizulinanın mövqeyini tənqid edərək bildiriblər ki, Kursk vilayətindəki “çətin vəziyyət” Putinin başladığı müharibənin nəticəsidir, Ukraynanın deyil.
Qalmaqala səbəb olan rəqs studiyası isə səssiz qalmayıb və açıqlama ilə çıxış edib: “Qızların həyat yoldaşları hazırda SVO-da (xüsusi hərbi əməliyyatda) xidmət edirlər. Onlar bu rəqsi məhz ərlərinə ithaf etmək üçün hazırlayıblar. Video mart ayında çəkilib və şəxsi səhifədən icazəsiz götürülüb.”