Rusiyanı sülh danışıqlarına təhrik edən “böyük dördlüyün” hədəsi olub?
Bu gün, 09:08

Putinin sülh danışıqları ilə bağlı təklifi Avropanın dörd böyük ölkəsinin liderlərinin Ukraynada 30 günlük qeyd-şərtsiz atəşkəs rejimini qəbul etmədiyi təqdirdə Moskvaya təzyiqi artıracaqları ilə hədələməsindən sonra gəlib.
Moderator.az xəbər verir ki, bu iddia ilə ABŞ hərbi nəşri çıxış edib. Nəşrin sözlərinə görə,
Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Keir Starmer, Almaniya kansleri Fridrix Merz və Polşanın baş naziri Donald Tusk şənbə günü Kiyevdə Zelenski ilə görüşüb və bazar ertəsindən başlayaraq barışıq üçün razılaşdırılmış çağırış ediblər. Plan həm Avropa İttifaqı, həm də ABŞ prezidenti Donald Tramp tərəfindən dəstəklənib. Məhz bundan sonra Rusiya tərəfi sülh danışıqları üçün görüşə hazır olduğunu bildirib.
Ekspertlər hesab edir ki, Avropa dövlətlərinin Ukraynanın müdafiəsi ilə bağlı nümayiş etdirdiyi qətiyyət və davamlılıq Kremli sülhə vadar edən əsas amillərdən biridir. Çox güman ki, üç ildir Ukraynada hərbi-maliyyə baxımından böyük qüvvə itirən Rusiya sonsuza çevrilən bu prosesi davam etdirmək istəmir. Bu səbəbdən də Ukrayna ilə yenidən danışıqlar masasına oturmaqla mövcud vəziyyətdən çıxış yolları axtarmağa çalışır.