Azərbaycan-Rusiya münasibətləri daha da gərginləşir? - VİDEO

Bu gün, 11:14           
Azərbaycan-Rusiya münasibətləri daha da gərginləşir? - VİDEO
“Rusiyanın “böyük qardaş” istəyini gözündə qoyan Azərbaycan. Prezident İlham Əliyev Moskvada 9 may paradına qatılmadı. Bunun səbəbi nə Qərbin təzyiqləri, nə Ukraynanın istəkləri oldu. İlham Əliyevin qərarı yalnız Azərbaycanın maraqları üçün idi. Putin İlham Əliyevi Moskvaya 2 ay əvvəl dəvət etmişdi”.
Bu fikirlər İctimai TV-də yayımlanan “Yekun xəbər” proqramında yer alıb.

Aparıcının sözlərinə görə, martın 15-də Belarus və Tacikistan Prezidentləri ilə birlikdə İlham Əliyevə zəng etmişdi:
“Münasibətləri düzəltməyin vacibliyini anlayırdı. Bunun üçün ən yaxşı fürsət elə 9 may paradı idi. Amma dəvətdən əvvəl Rusiya dekabrda vurduğu təyyarə olayına görə tələblərimizi yerinə yetirmədiyini unutmuşdu. Üstəlik, Rusiyada kimlərsə Azərbayacan qarşı yeni təxribatların sifarişini vermişdi. Azərbaycan mediasına kiberhücum, azərbaycanlı deputatın deportasiya edilməsi sifarişini kim verib? Təbii ki, bu sualın cavabı bizi yox, daha çox Moskvanı maraqlandırmalıdır.
Problem onunla nəticələndi ki, Bakının Moskva ilə münasibətləri yenidən gərginləşdi. İlham Əliyev 9 mayda Moskvaya səfər etsəydi, Bakının təyyarə hadisəsi ilə bağlı tələblərini rusiyalı həmkarına bir daha çatdıracaqdı. Bu səfər Azərbaycan-Rusiya gərginliyini arxada qoya bilərdi. Amma Rusiyanın bu hadisəni unutdurmaq cəhdləri alınmadı. İlham Əliyev Rusiya liderinin parad dəvətindən imtina edən liderlədən biri oldu. Bu imtinanın arxasında çox böyük siyasi iradə dayanır. Azərbaycan Prezidenti bir daha sübut etdi ki, ölkəsinin maraqlarını heç bir gücə qurban verməyəcək. Bakı Moskvaya onun öz dili və öz tonu ilə cavab verdi. Bəs bundan sonra necə olacaq? Qapılar tam bağlanacaq, yoxsa Moskva qapı arasından əl uzadacaq?”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.