“Dedim ayaqlarının altında ölüm, balamın ölüsünü gətir” - VİDEO

7-01-2020, 19:27           
“Dedim ayaqlarının altında ölüm, balamın ölüsünü gətir” - VİDEO
Ötən ilin noyabr ayında itkin düşmüş, dünən yanmış meyiti tapılmış Tovuz rayonunun Dondar Quşçu kənd sakini - 10 yaşlı Nərmin Quliyevanın anası qızını öldürənin tez tapılmasını istəyir.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə N. Quliyevanın anası Aynurə İsmayılova jurnalistlərə açıqlamasında deyib.

“Televiziyada çıxıb yalvardım, diz çökdüm. Dedim ayaqlarının altında ölüm, balamın ölüsünü gətir. Mənim balamı gözümün qabağında niyə yandırırsan? Danışa bilmirəm. Artıq havalanmışam”, - deyə o bildirib.

Nərminin nənəsi Minayə İsmayılova isə deyib ki, iki nəfər nəyinsə yandığını görüb, üstünə torpaq töküb alovu söndürüblər: “Siqaret çəkməyə çıxıblar, görüblər. Sağ olsunlar, yenə söndürüblər. Birinin adı Quludur. O birinin adını bilmirəm. O uşaqları indi şöbəyə aparıblar”.

Azyaşlının əmisi Vaqif Quliyev qeyd edib ki, qardaşının heç kəslə ədavəti olmayıb: “Mənim qardaşımın heç kimlə münaqişəsi yoxdur. Elə də varlı deyilik ki, deyək pulumuz var. Bu kənd bizi tanıyır”.

Dəhşətli cinayəti törədənin və yaxud törədənlərin kimliyi hələ ki, məlum deyil.

Faktla bağlı cinayət işi açılıb, araşdırma davam etdirilir.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.