Dünyanın ən ucuz Michelin ulduzlu restoranları - 10 dollardan da ucuz

Bu gün, 16:04           
Dünyanın ən ucuz Michelin ulduzlu restoranları -
Michelin ulduzlu restoranlarda nahar etmək çoxları üçün əlçatmaz bir arzu kimi görünür. Bu ulduzun verildiyi məkanlar dünya qastronomiyasının zirvəsi hesab olunur və dadına baxmaq hər bir qida həvəskarı üçün böyük təcrübədir. Lakin yüksək qiymətlər səbəbindən bu restoranlardan yararlanmaq hamıya nəsib olmur. Buna baxmayaraq, dünyada elə məkanlar var ki, həm Michelin ulduzuna sahibdir, həm də olduqca münasib qiymətlərlə xidmət göstərir.

Valyuta.az xəbər verir ki, Sinqapurda yerləşən Liao Fan Hawker Chan 2016-cı ildə Michelin ulduzu qazanaraq tarixə düşüb. Bu, dünyada ulduz alan ilk küçə yeməyi köşkü hesab olunur. Burada ən məşhur yemək soya souslu toyuq və düyüdür və cəmi 2 dollara satılır. Restoranın populyarlığı o qədər artdı ki, sonradan doqquz ölkədə otuzdan çox filialı açıldı. Hərçənd ki, Sinqapur filialı ulduzunu itirib, amma dad və keyfiyyət baxımından hələ də yerli sakinlərin və turistlərin diqqətini cəlb edir.

Honq Konqun məşhur Tim Ho Wan restoranı isə dim sum və əriştə yeməkləri ilə tanınır. Dünyanın ən ucuz Michelin restoranlarından biri kimi məşhurlaşan bu məkan sonradan 60-dan çox ölkədə fəaliyyətini genişləndirib. Burada ən çox sifariş edilən yeməklərdən biri karidesli buxarda bişmiş köftədir. Onun qiyməti 7 yarım dollardır. Restoran ulduzunu itirsə də, hələ də Michelin-in Bib Gourmand siyahısında yer almaqdadır.

Taylandın paytaxtı Banqkokda yerləşən "Jay Fai" isə başqa bir maraqlı nümunədir. Bu restoran küçə yeməkləri içində nadir hallarda rast gəlinən şəkildə Michelin ulduzu alıb. Ən məşhur yeməyi qızardılmış krab omletidir. Qiyməti təxminən 41 dollardır. Tay küçə yeməkləri üçün baha sayılsa da, porsiya olduqca böyükdür və 2 nəfərə bəs edir. Bundan başqa, dəniz məhsulları ilə hazırlanan drunken noodles yeməyi də müştərilərin sevimlisidir. "Jay Fai" rezervasiya qəbul etmir və müştərilər uzun növbələrdə gözləməli olurlar. Buna baxmayaraq, həm yeməklərin dadı, həm də restoranın ab-havası bu təcrübəni unudulmaz edir.

"Banqkok" ümumiyyətlə yalnız bahalı məkanlarla tanınmır. Şəhərdə münasib qiymətə müxtəlif yeməklər təqdim edən restoranlar və endirimli kampaniyalar da mövcuddur. Məsələn, "Amaya Seasons" restoranı dəniz məhsulları bufetini “dörd nəfər gəl, üç nəfər ödə” kampaniyası ilə təklif edir. Intercontinental Sukhumvit otelində isə gündəlik nahar menyusunu cəmi iyirmi 23 dollara sifariş etmək mümkündür.

Almaniyanın Baiersbronn şəhəri də qastronomiya xəritəsində özünəməxsus yeri ilə seçilir. Qara Meşə milli parkında yerləşən bu şəhər “Yeddi Michelin Ulduzu Şəhəri” kimi tanınır. Burada "Harald Wohlfahrt"ın rəhbərlik etdiyi restoran Alman və Fransız mətbəxinin ən yaxşı nümunələrini təqdim edir. Restoranda yalnız 11 masa var, lakin təqdim olunan yeməklər və xüsusi seçilmiş şərablar yüksək səviyyəli kulinariya zövqünü yaşadır.

Paris isə həmişə olduğu kimi kulinariya mərkəzi olaraq qalır. Buradakı Les Arlots adlı kiçik bistro yeni qida mədəniyyətinin simvoluna çevrilib. Ən məşhur yeməklərindən biri qırmızı şərab sousunda hazırlanmış mal əti və kartof püresidir. Onun qiyməti iyirmi beş dollar təşkil edir. Əlavə şərab isə cəmi altı dollara təklif olunur. Bu sadə məkan qısa müddətdə yerli sakinlərin və turistlərin sevimli ünvanına çevrilib.

Avropada Michelin ulduzu ilə yanaşı, Bib Gourmand mükafatı da xüsusi əhəmiyyət daşıyır. Bu mükafat münasib qiymətə 3 yemək təqdim edən restoranlara verilir

Michelin ulduzu və Bib Gourmand arasındakı əsas fərq ondadır ki, birincisi yalnız yaradıcı və innovativ yeməklərə görə təqdim olunur. Bib Gourmand isə münasib qiymətə yüksək keyfiyyətli yeməklər təqdim edən restoranlara verilir.

Səyahət zamanı bu cür restoranları tapmaq isə çox asandır. Bunun üçün Michelin-in rəsmi saytına və ya mobil tətbiqinə daxil olmaq kifayətdir. Burada dünyanın müxtəlif şəhərlərindəki restoranların siyahısı, menyular və digər ətraflı məlumat təqdim olunur.

Beləliklə, dünyanın müxtəlif ölkələrində hər kəsin büdcəsinə uyğun Michelin ulduzlu və ya Bib Gourmand mükafatlı restoranlar mövcuddur. Bəzilərində yeməklərin qiyməti cəmi 10 dollardan da ucuzdur, amma təqdim olunan təcrübə və dad sizi yüksək səviyyəli qastronomiyanın bir parçası edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru