“Analıq məsuliyyətini anlamayan qadınlar...” - Nura Suri

Bu gün, 16:18           
“Analıq məsuliyyətini anlamayan qadınlar...” -
Müğənni Nura Suri yeni açıqlamaları ilə gündəmə gəlib

Hurriyyet.az xəbər verir ki, ifaçı sosial media hesabında paylaşım edərək bildirib ki, analıq hissini ilk gündən dərk edib.

O, konsertlərə belə qucağında uşaqla getdiyini deyib: Marqarita pizza

"Kənardan necə göründüyümü, haqqımda nə düşündüyünüzü bilmirəm. Amma mən 10 yaşına qədər Davidi ayağımda yellədib yatızdırmışam – kənd qadınları kimi.

19 yaşımda ana olmuşam və analıq hissini, məsuliyyətini ilk gündən dərk etmişəm. Konsertlərə, tədbirlərə uşağım qucağımda, səhnə arxasında süd verib sonra səhnəyə çıxmışam. İstirahətə də həmişə övladlarımla getmişəm. Düzdür, yanımda dayələr də olub, amma övladlarımı heç vaxt diqqətdən kənarda qoymamışam".

Nura Suri qeyd edib ki, analıq məsuliyyətini anlamayan qadınlar dünyaya uşaq gətirməsinlər.

"Son zamanlar sosial şəbəkələrdə gördüyüm xəbərlər məni çox məyus edir. Valideynləri tərəfindən işgəncəyə məruz qalan, atılan, zorlanan uşaqları gördükdə uzun müddət özümə gələ bilmirəm".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru