Ukraynada deputat vətənə xəyanət ittihamı ilə həbs olunub

Bu gün, 00:04           
Ukraynada deputat vətənə xəyanət ittihamı ilə həbs olunub
Ukraynada fəaliyyəti qadağan olunmuş “Həyat Üçün – Müxalifət Platforması” partiyasından olan deputat həbs edilib.

Ukrayna mətbuatı xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarındakı mənbələr bildirib. Məlumata görə, partiyadan olan deputat Fydor Xristenko vətənə xəyanətdə şübhəli bilinərək axtarışa verilib. O, bu gün Ukrayna ərazisində saxlanılıb.

Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, o, Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən tammiqyaslı işğal başlamazdan xeyli əvvəl əməkdaşlığa cəlb olunub və xüsusi xidmət orqanlarının tapşırıqlarını fəal şəkildə yerinə yetirib.

Qeyd edək ki, “Həyat Üçün – Müxalifət Platforması” partiyasının fəaliyyəti bir neə il əvvəl qadağan edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru