Övladı gözəl olsun deyə modeldən 50 min dollara yumurta aldı

Bu gün, 15:26           
Övladı gözəl olsun deyə modeldən 50 min dollara yumurta aldı
Britaniyalı milyonçu Barri Druitt-Barlo peşəkar modelə donor yumurtaları üçün 50 000 dollar ödəyib ki, övladları onun görünüşünü və “podyum cazibəsini” irs alsın.

32gun.az xarici mediaya istinadən bildirir ki, məqsəd — “cəlbedici olmayan” uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır.

“Heç kim eybəcər uşaq istəmir,” — deyə 54 yaşlı Druitt-Barlo bir verilişdə bildirib.

Milyonçu və onun 31 yaşlı partnyoru Skott Haçinson donor qadını Mayamidə podyumda görüb seçiblər və onun genlərinin gələcək övladları — qızları Valentina və oğulları Romeo — gözəl edəcəyinə əmin olublar.

Lakin ictimaiyyət bu məsələdə bölünüb: bəziləri valideynlərin gözəl övlad istəklərini dəstəkləyib, digərləri isə bu yanaşmanı “kibirli”, “dəhşətli” və “qəribə” adlandırıblar. Hətta bəziləri bunu genlərin selektiv seçilməsi praktikası olan evgenika ilə müqayisə ediblər.

Tənqidlərə baxmayaraq, Druitt-Barlo üzr istəmək fikrində deyil: “Məndən nə deməyimi istəyirsiniz? Bizə eybəcər uşaqlar lazımdır? Bağışlayın, amma yalan danışa bilmərəm,” — deyə o, bildirib.

O, vurğulayıb ki, “bəzən mükəmməl uşaqlarımız olmur, amma biz bunun öhdəsindən gəlirik və yaşamağa davam edirik”. “Kimi incidə biləcəyi mənim vecimə deyil. Ədalətli dünyada siz övladlarınıza şans vermək istəyirsiniz”.

Druitt-Barlo həmçinin Below Deck şousunun iştirakçısı kimi tanınır. O, Böyük Britaniyada hələ 1990-cı illərdə surroqat ana vasitəsilə övlad sahibi olmuş ilk eyni cinsli valideynlərdən biridir. Lent.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru