Siyəzən rayonunda yol niyə dağılmış vəziyyətdə qalıb? VİDEO

Bu gün, 00:07           
Siyəzən rayonunda yol niyə dağılmış vəziyyətdə qalıb?  VİDEO
2025-ci ilin aprel ayında müşahidə olunan leysan və sel suları Siyəzən rayonunda yol infrastrukturuna ciddi ziyan vurub. Ərziküş kəndində avtomobil yolunun bir neçə hissəsi tamamilə dağılıb.
Kənd sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək aidiyyəti qurumdan kömək istəyirlər.
“Rayon mərkəzi ilə əlaqəsi olan yeganə yoldur. Yeddi kəndin yolu buradan keçir. Qış ayları yaxınlaşır. Təhlükəli vəziyyətdir. Hər an ölüm ola bilər”, – deyə sakin narazılığını bildirib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, sözügedən yol üçün maliyyə vəsaiti ayrılan kimi yenidənqurma-bərpa işləri həyata keçiriləcək.
Daha ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru