Ən yaxşı 10 məşhur Android smartfonu - SİYAHI
Bu gün, 16:24

Mobil cihazların test edilməsi üzrə aparıcı benchmark olan AnTuTu 2025-ci il avqust ayı üçün yeni bir reytinq nəşr edib.
Qaynarinfo xəbər verir ki, bu dəfə siyahıda Android OS ilə işləyən və sahibləri tərəfindən ən çox məmnun qalan smartfonlar var.
Onun başında hələ 2024-cü ilin payızında buraxılmış "Huawei Mate 70 Pro+" durur. İstifadəçilərin 98,43%-i ondan məmnundur. Ən güclü çipsetə malik olmamasına baxmayaraq, bu cihaz həqiqi Face ID, ultra sürətli doldurma və top kamera dəsti ilə qiymətləndirilir.
İkinci yerdə 97,69% müsbət rəylə "Huawei Mate 70 Pro Premium Edition" durur, üçlüyü isə 96,94% müsbət rəyə malik olan "Xiaomi 15S Pro" – öz inkişaf etdirilmiş perspektivli kremniyə əsaslanan "Xiaomi"nin eksperimental flagmanı bağlayır.
Top-10-dakı digər smartfonlar:
* Vivo S30 – 96,67%;
* Oppo Find X8 Ultra – 95,76%;
* Xiaomi 15 Ultra – 95,58%;
* iQOO Z10 Turbo+ – 94,77%;
* Huawei Mate 70 Pro – 94,55%;
* Red Magic 10S Pro+ – 94,42%;
* Redmi K80 Ultra – 93,37%;
Qeyd edək ki, reytinqdə "Samsung"un heç bir smartfonu yoxdur. Brendlərə gəldikdə isə istifadəçilər arasında liderlər "Xiaomi" və "Huawei"dir, hər iki şirkətin 10-luqda üç modeli var.