AZAL-da baqaj qalmaqalı: Sərnişindən 986 manat istədilər

Bu gün, 15:28           
AZAL-da baqaj qalmaqalı: Sərnişindən 986 manat istədilər
AZAL-da baqaj qalmaqalı: Sərnişindən 986 manat istədilər
Azərbaycan Hava Yolları (AZAL) ilə uçuş edən sərnişindən əlavə baqaja görə tələb edilən qiymətlər sərnişində narazılığa səbəb olub. O, Bakı–Moskva–Sankt-Peterburq reysi zamanı əlavə baqaj üçün tələb olunan yüksək məbləğləri videoya çəkərək qeydə alıb.

Hurriyyet.az xəbər verir ki, kadrlarda görünür ki, AZAL əməkdaşları sərnişinin baqaj yükünün çəkisini ölçürlər.

Sərnişin isə AZAL-ın işçilərinə üz tutaraq bildirir:

“37 kiloqrama görə 561 manat, 25 kiloqram çantaya isə 425 manat pul istəyirsiniz. Cəmi 62 kiloqrama görə 986 manat! Bu, bir nəfərin biletindən iki dəfə baha başa gəlir”.

Sərnişin sözlərinə görə, adi iki çantaya görə tələb olunan bu məbləğ qeyri-adekvatdır və AZAL-ın qiymət siyasətində şəffaflıq yoxdur.

Məsələ ilə bağlı AZAL-dan hələlik rəsmi açıqlama verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru