Modi Trampa cavab verdi

Bu gün, 16:48           
Modi Trampa cavab verdi
Biz prezident Trampın hisslərini və münasibətlərimizə verdiyi müsbət dəyəri dərin hörmətlə qiymətləndirir və tam şəkildə bölüşürük.

Tribunainfo.az Xarici KİV-ə istinadən xəbər verir ki, bunu Hindistanın Baş naziri Narendra Modi bildirib.

Onun sözlərinə görə, Hindistan və ABŞ arasında çox müsbət və perspektivli, hərtərəfli və qlobal strateji tərəfdaşlıq mövcuddur.

Qeyd edək ki, Tramp daha əvvəl Hindistanla münasibətlərinin korlanmasını müvəqqəti hesab etdiyini bildirib: “Mən həmişə baş nazir Modi ilə dost olacağam. Sadəcə, hazırda onun etdiklərini bəyənmirəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru