Putin Türkiyəyə səfərdən əvvəl Əsədlə niyə görüşdü? – Rusiyanın mesajları

8-01-2020, 08:32           
Putin Türkiyəyə səfərdən əvvəl Əsədlə niyə görüşdü? – Rusiyanın mesajları
Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşüb. Bu, Rusiyanın Suriyadakı vətəndaş müharibəsinə qətiyyətlə müdaxilə etməsindən bəri Putinin Suriyaya ikinci səfəridir.

Səfər Əsədin digər əsas hərbi müttəfiqi olan İranın yüksək rütbəli generalın öldürüldüyünə görə BirləşmişŞtatlardan qisas alınacağını bildirməsindən sonra regionada gərginliyin artdığı bir vaxta təsadüf edir. Rusiya vəİran Əsədə təxminən doqquz il əvvəl başlayan vətəndaş müharibəsi zamanı onu devirməyəçalışan üsyançıların ələ keçirdiyi bütün əraziləri geri almağa yardım edib.

İnterfaks xəbər agentliyi Kremlə istinadən xəbər verib ki, Putin Suriyada dövlətçiliyin bərpasıüçün çox işlər görüldüyünü deyib. Əsəd isə Putinə Suriyada dinc həyatın bərpa olunmasında göstərdiyi yardıma görə təşəkkür edib. Putinin səfər zamanı Suriyadakı bir neçə obyektə başçəkib.

Suriyanın dövlət SANA xəbər agentliyi Putinin gülümsəyərək, Əsədin əlini sıxdığı bir foto-şəkil yayımlayıb və onların birlikdə Suriyadakı Rusiya hərbi qüvvələrinin komandanının hesabatını dinlədiklərini bildirib.

Xatırladaq ki, Putinin Suriyaya gəlməsi Türkiyəyə səfərdən bir gün əvvələ təsadüf edir. Bu hansı anlam daşıyır?

Politoloq Elxan Şahinoğlu bildirir ki, bununla Putin Ankaraya iki mesaj göndərmiş oldu: “Putin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla yanvarın 8-də “Türk axını” layihəsinin açılışında iştirak edəcək. Bu layihə Rusiya üçün vacibdir. Ancaq Putin Ərdoğandan bir gün əvvəl Türkiyə Cümhur başqanının düşməni ilə görüşməklə həmkarına demək istəyir ki, Suriyada Bəşər Əsəd reallığı var və bu amillə hesablaşmaq lazımdır. Məsələ burasındadır ki, Ərdoğan Əsədi dəftərdən silib, Putin isə türkiyəli həmkarına demək istəyir ki, Suriya prezidentinin ismini yenidən dəftərə yazmaq lazımdır”.

Politoloqun sözlərinə görə, Putinin Ərdoğandan bir gün əvvəl Əsədlə görüşünün bir başqa mənası da var: “Putin Ərdoğana demək istəyir ki, Rusiya ilə Suriyanın hərbi qüvvələrini İdlib şəhərini ələ keçirmək planından vaz keçməyəcəklər.

Ərdoğan həm Əsəd hakimiyyətinin möhkəmlənməsi, həm də İdlibin təmizlənməsi amili ilə üz-üzədir.

Türkiyə ilə Rusiya arasındakı münasibətlərdə başqa problem də üzə çıxıb: Liviya. Türkiyə Liviyanın Tripolidəki mərkəzi hökumətinə, Putin isə müxalif general Haftara dəstək verir.

Ərdoğan və Putin bu mövzunu da müzakirə edəcəklər. Putin Suriyada olduğu kimi Liviyada da qələbə qazanmaq istəyir. Türkiyə Tripoliyə hərbçilərini göndərməyə hazırlaşarkən, general Haftar Liviyada daha bir strateji şəhəri ələ keçirib. Başqa sözlə Putin Ərdoğanla görüşə əli güclü şəkildə gedir”.

AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.