Koronavirusdan ölənlərin sayı artır - YENİLƏNİB

5-02-2020, 04:22           
Koronavirusdan ölənlərin sayı artır - YENİLƏNİB
Çində 2019-nCoV virusuna yoluxmuş insanların sayı 24 300 nəfəri ötüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Səhiyyələri Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Məlumata görə, ölənlərin sayı 490 nəfərə çatıb.

Mərkəzi hakimiyyətin məlumatlarına əsasən, ölkədə 185 500 nəfərdən çox insan həkim nəzarəti altındadır.

Daha əvvəl "Van” informasiya portalı regional hakimiyyətin məlumatlarına istinadən 23,6 min nəfərin virusa yoluxması, 491 nəfərin həlak olması barədə (Honkonqda bir nəfərin ölməsini nəzərə alaraq) məlumat verib.

Portalın məlumatına görə, 846 nəfər xəstəlikdən sağalıb.

***02:31

Çinin Xubey əyalətində koronavirus qurbanlarının sayı 479 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Regional Səhiyyə Komitəsi məlumat yayıb.

Məlumata görə, əyalətdə virusa yoluxanların sayı 16,6 min nəfərə çatıb.

Qeyd edilir ki, hakimiyyət orqanları fevralın 4-də virusa yeni 3 156 yoluxma hadisəsini aşkarlayıblar. Virusa 1 967 yoluxma hadisəsi əyalət paytaxtında - Uxan şəhərində qeydə alınıb. Bu şəhər xəstəliyin episentridir.

"Vani" portalı isə bildirib ki, ölkə üzrə virus daşıyıcılarının sayı 23,6 min nəfərə çatıb. Virusa yoluxanların 490 nəfəri ölüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.