44 NÖMRƏLİ MƏKTƏBİN QADIN ZAVUÇU NAMİZƏDİN NÜMAYƏNDƏSİNİ KÜÇƏ SÖYÜŞLƏRİ İLƏ TƏHQİR ETDİ – Video

9-02-2020, 16:47           
44 NÖMRƏLİ MƏKTƏBİN QADIN ZAVUÇU NAMİZƏDİN NÜMAYƏNDƏSİNİ KÜÇƏ SÖYÜŞLƏRİ İLƏ TƏHQİR ETDİ – Video
Azərbaycanda əksər seçki dairələrində olduğu kimi, 23 saylı Nəsimi-Səbail seçki dairəsində də seçkilər kütləvi surətdə saxtalaşdırılır.

Hurriyyet.org xəbər verir ki, həmin dairədə də saxtakarlıq prosesi əsasən məktəb rəhbərliyi, müəllimlər və büdcə təşkilatlarının nümayəndələri tərəfindən aparılır. Hətta bir çox hallarda bu saxtakarlıqların gizlədilməsinə belə, ehtiyac görmürlər.

Əldə etdiyimiz məlumata görə, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 44 nömrəli məktəbdə yerləşən mənətəqələrdən birində “karusel” əməliyyatına sözügedən təhsil ocağının qadın zavuçu rəhbərlik edir. Sosial şəbəkədə yayılan video-görüntülərdən də aydın olur ki, adı və soyadı hələlik bizə bəlli olmayan videoda gördüyünüz qadın həmin dairədəki namizədlərdən birinin nümayəndəsini bir çox kişilərin ağzına gətirmədiyi küçə söyüşləri ilə söyür.

Bu baxımdan sosial şəbəkə izləyiciləri haqlı olaraq qeyd edirlər ki, belə əxlaqsız söyüş söyən qadının zavuç işlədiyi məktəbdə övladlarının normal təhsil alması və düzgün tərbiyyələndirilməsi mümkün deyil.

Buyurun, 44 nömrəli məktəbin qadın zavuçunun nümayandəyə hər kəsin gözü önündə verdiyi cavabı özünüz dinləyin:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru