Avropada "TikTok" sürətlə böyüyür - İstifadəçi sayı açıqlandı
Bu gün, 10:58
Avropada TikTok istifadəçilərinin sayı 200 milyonu keçib
Valyuta.az xəbər verir ki, sosial şəbəkə nəhəngi "TikTok" artıq Avropada ayda 200 milyondan çox aktiv istifadəçiyə malikdir. Bu, qitə əhalisinin təxminən üçdə birinə bərabərdir və platformanın, xüsusilə gənclər arasında, sürətli böyüməsinin növbəti göstəricisi hesab olunur.
Qeyd olunur ki, 1 il əvvəl bu göstərici 175 milyon idi. "TikTok" sahibi olan Çin texnologiya şirkəti "ByteDance" bildirib ki, tətbiqin dünyada aylıq aktiv istifadəçilərinin ümumi sayı 1 milyardı ötüb.
Şirkət sürətlə böyüməsinə baxmayaraq, müxtəlif ölkələrdə ciddi tənzimləyici maneələrlə də üzləşir. Prezident Donald Tramp platformanın aktivlərinin satılmasını tələb edirdi. Avropada isə "TikTok" bu ilin may ayında 530 milyon avro (təxminən 600 milyon dollar) məbləğində cərimələnib.