Bu ölkə Azərbaycana viza rejiminin ləğvini təklif etdi
Bu gün, 09:44
Peru Azərbaycanla viza ləğvi sazişinin bütün pasport kateqoriyalarına şamil edilməsi təşəbbüsü ilə çıxış edib.
Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov "Andina" informasiya agentliyinə müsahibəsində bildirib.
"2013-cü ildə biz Peru ilə diplomatik və xidməti pasport sahibləri üçün vizaların ləğvi haqqında saziş imzaladıq. İndi Peru bu sazişin bütün pasportlara şamil edilməsini təklif edib", - diplomat qeyd edib. \\Axar.az