Ukraynada NATO-nun Ordu Qərargahı yaradılır

Bu gün, 09:54           
Ukraynada NATO-nun Ordu Qərargahı yaradılır
Kiyevdə Fransa və Böyük Britaniyanın iştirakı ilə çoxmillətli qüvvələrin qərargahının formalaşmasına başlanılıb.

Bu barədə Ukrayna teleqram kanalları məlumat yayıb.

Məlumata görə, bu, Rusiya ilə atəşkəs olacağı təqdirdə hərəkətləri əlaqələndirmək üçün NATO və müttəfiq ölkələrin dəstəyi ilə yaradılan struktur olacaq.

Qərargaha rəhbərliyi Böyük Britaniya və Fransa birgə həyata keçirəcək.

Məlumata görə, qərargahı komandanlığı əvvəlcə Parisdə yerləşəcək, daha sonra isə Londona köçürülməsi planlaşdırılır.(APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru