Bizim deputatlar çox qazanır yoxsa xaricilər? - Deputatlara ən çox maaş verən ölkələr - SİYAHI
12-02-2020, 00:01
Deputatlar Azərbaycanda yaxşı maaş alanlar sırasına daxildirlər. Hazırda Azərbaycan Respublikası Milli Məclisinin sıravi deputatı ayda təxminən 2460 manat (1320 avro) məvacib alır. Maraqlıdır, xarici ölkələrdə deputatlar nə qədər maaş alırlar?
Teref.az bəzi ölkələrdə deputatlara verilən maaşların məbləğini dəqiqləşdirməyə çalışıb.
Siyahıdan aydın olur ki, qanunverici orqan təmsilçisinə ən çox maaş verən ölkə Yaponiyadır. Bu ölkədə deputatların illik maaşı 200 min avrodan çox edir.
2019-cu ildə əmək haqlarını azaltmaq barədə qərar verən ukraynalı deputatlar isə siyahının autsayderləridir. Belə ki, Ukraynalı deputatların əmək haqları cəmi 305 avro təşkil edir.