Asiya Las Veqası”nın səhmlərinin dəyəri düşməkdə davam edir

12-02-2020, 04:22           
Asiya Las Veqası”nın səhmlərinin dəyəri düşməkdə davam edir
Çində ölümcül koronavirusun yayılması fonunda “Asiyanın Las Veqası” adlandırılan Makaoda ən böyük hotel, kazino və azart oyunları müəssisələrinin səhmlərinin qiymətləri kəskin dərəcədə düşüb. Hong Kong Birjasında ticarət məlumatları buna sübutdur.

Trend-n məlumatına görə, yanvarın sonunda keçirilən ticarət sessiyasında sözü gedən müəssisələrdən ən nəhəngləri “Melco International Development” (Makaoda “Studio City Hotel” və digər kazino, hotellərin sahibi) şirkətinin səhmləri 5,2 faiz, “Wynn Macau”nun səhmləri 4,1 faiz ucuzlaşıb. Bununla yanaşı, bu sahənin başqa böyük korporasiyaların səhmlərinin qiymətləri də enməkdə davam edir: “Sands China” - 5,6 faiz, “Galaxy Entertainment” - 5,1 faiz, “SJM Holdings” - 3,6 faiz.

Makaoda ənənəvi Bahar Festivalına qatılan materik Çindən gələn turistlərin sayının kəskin azalması və keçən illə müqayisədə 79,2 faiz təşkil etməsi, çox sayda kazino və otellərin gəlirlərinə nəzərə çarpacaq dərəcədə mənfi təsir göstərib.

Makao, Portuqaliyanın keçmiş koloniyası olaraq 1999-ci ldə Çinin tabeçiliyinə verilib və xüsusi inzibati bölgə statusuna sahibdir. Bölgə iqtisadiyyatının əsasını hotel, kazino və azart oyunları biznesi təşkil edir, buna görə Makao “Asiyanın Las Veqası” adlandırılır.

2019-cu ilin sonunda Çində 2019-nCoV koronavirusun yayılması qeydə alınıb. Xəstəlik ölümlə nəticələnə bilən pnevmoniyanı təhrik edir. Son məlumata görə bu virusa 42 mindən çox insan yoluxub, ölənlərin sayı isə 1016-ya çatıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.