Kommunal xidmətlərdə qiymət artımı – SİYAHI

4-03-2020, 13:32           
Kommunal xidmətlərdə qiymət artımı – SİYAHI
Azərbaycanda ərzaq məhsulları nə qədər bahalaşdı?

Azərbaycanda 2017-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsulları və xidmətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,9% bahalaşıb.

Teref.az bildirir ki, "Ölkə.Az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

O cümlədən, ərzaq məhsullarının qiymətləri 17,9%, qeyri-ərzaq mallarının qiymətləri 12,5%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6% artıb. Cari ildə ilk dəfə olaraq istehlak qiymətləri indeksi 0,1 faiz bəndi aşağı düşüb.
Bununla yanaşı, cari ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,4%, qeyri-ərzaq mallarının qiymətləri 0,4%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz artıb.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14,0%, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2%, qeyri-ərzaq mallarının qiymətləri 12,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6% yüksəlib.

Cari ilin avqust ayında iyula nisbətən istehlak məhsulları və xidmətləri 0,2%, o cümlədən ərzaq məhsulları 0,3%, qeyri-ərzaq malları 0,1%, əhaliyə göstərilən ödənişli xidmətləri 0,2% bahalaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru