1990-cı illərin ikinci yarısı…

Bu gün, 09:54           
1990-cı illərin ikinci yarısı…
Ukraynanın Kiyev şəhərində koordinasiya iclası üçün səfərdə idik…
Türk Hava Yolları bürosunda işləyən bir ukraynalı əməkdaş bizə kömək edirdi…
Ən təəccüblüsü isə çox gözəl İstanbul ləhcəsi ilə türk dilində danışması idi…
Türk dilini harada öyrəndiyini soruşanda isə: “Ana dilimdir” – dedi.
– Necə yəni? – deyə soruşdum.
– “Mən Qaqauzam” – dedi.
Ana dili İstanbul türkcəsi olan bir ukraynalı qaqauz…
Mənim Qaqauzlarla ilk tanışlığım belə oldu…
Ondan əvvəl nə görmüşdüm, nə bilirdim, nə də öyrədilmişdim…
İndi isə şəkildəki keşişə gələk…
Onun adı Mixail Çakır (1861–1938).
Qaqauz (Gökoğuz) türklərinin milli şüuru uğrunda ömrünü sərf etmiş bir Türk milliyyətçisi; müəllim, yazıçı, mədəniyyət xadimi, şair, tarixçi, din adamı…
34 kitabın, o cümlədən “Qaqauzların tarixi və etnoqrafik xüsusiyyətləri” adlı əsərin müəllifidir.
Gökoğuzların türkcəni itirsə, türklüyünü də itirəcəyini dərk etmişdi.
Bunun üçün kəndbəkənd gəzərək uşaqlara və gənclərə türkcəni öyrədirdi.
Bu işi 40 il fasiləsiz davam etdirdi.
Lakin hər kəndə çatmağın mümkün olmadığını anlayanda, 1931-ci ildə Buxarestdəki böyükelçimiz Hamdullah Suphi Tanrıöverdən kömək istədi.
1931-ci ildə Buxarestə elçi təyin olunan Hamdullah Suphi Tanrıöver Mixail Çakırla tanış oldu və onun böyük bir türk milliyyətçisi olduğunu Atatürkə bildirdi.
Mixail Çakırın bu istəyi Atatürk tərəfindən cavabsız qalmadı.
Bölgəyə dərhal 30 müəllim göndərildi,
300 gənc Gökoğuz tələbə isə ali təhsil üçün Türkiyəyə aparıldı.
Hətta Atatürk xidmətlərinə görə Mixail Çakıra xüsusi bir diplom və nişan göndərdi.
Bu, “Türklüyə Üstün Xidmət Nişanı” idi.
Atatürkün Mixail Çakırı tanıması Hamdullah Suphi vasitəsilə olmuşdu…
Hamdullah Suphi 13 illik Buxarest səfirliyi dövründə:
– Türk dili ilə təhsil verən 26 məktəbin açılmasını təmin etdi.
– Türkiyədən gətirdiyi kitabları bu məktəblərdə oxutdurdu.
– Uğurlu qaqauz uşaqlarının Türkiyədə təhsil almasına şərait yaratdı.
Yaşar Nabi Nayır da 1936-cı ildə Balkanlara etdiyi səfərdə Kişinyovda Mixail Çakırın evində qonaq olmuş və “Balkanlar və türklük” (Ankara, 1936) adlı əsərində ondan böyük hörmətlə bəhs etmişdir.
Mixail Çakır öz əsərləri və düşüncələri ilə qaqauzlara milli kimlik qazandırmış, onlara haradan gəldiklərini və gələcəkdə varlıqlarını necə qoruyacaqlarını öyrətmişdir. Əsərlərinin çoxunun dini mövzuda olması da təsadüfi deyildi. Onun əsas məqsədi dini və ibadət dilini türkləşdirmək idi. Bununla da yunan və bolqar kilsələrinin qaqauzlar üzərindəki assimilyasiya siyasətlərini təsirsiz hala gətirmişdi.
Türkiyədə bəzi ərəbçi fanatiklər türk düşmənliyi edərkən, Cumhuriyyətə və Atatürkə qarşı çıxarkən, Qaqauziyadakı bir xristian keşiş can çəkişən türklüyü yenidən ayağa qaldırırdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru