İcra başçıları ilə bağlı dəyişikliklərə start verilir - İDDİA

20-04-2020, 11:26           
İcra başçıları ilə bağlı dəyişikliklərə start verilir - İDDİA
Son parlament seçkiləri ərəfəsində kadr islahatları nisbətən səngidi. Ardından da koronavirus pandemiyası dövlət işlərini nisbi də olsa, arxa plana keçirmiş oldu. Amma yenidən dəyişikliklərə start verilir. Bu barədə DİA.AZ-a hökumətdəki mənbə məlumat verib.

Xəbəri verən qaynaq iddia edir ki, bu həftədən rayon icra hakimiyyəti başçılarının dəyişdirilməsinə yenidən start veriləcək.

Mənbə dia.az-a açıqlamasında iddia edir ki, bu gün konkret olaraq bir rayonun rəhbəri ilə bağlı qərar verilə bilər.

Qeyd edək ki, həmin RİH başçısının kimliyi redaksiyamıza məlum olsa da, müəyyən dəqiqləşdirmələrdən sonra təfsilatlı məlumatı diqqətinizə çatdıracağıq.

Bizi izləməkdə davam edin...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru