İnsanlardan "peyvənd" kimi istifadə oluna bilər - Koronavirusa qarşı İNANILMAZ ÜSUL

21-04-2020, 06:09           
İnsanlardan "peyvənd" kimi istifadə oluna bilər - Koronavirusa qarşı İNANILMAZ ÜSUL
Bəzi insanların virusa qarşı immuniteti var, ancaq onlar virusu daşıya və başqalarını yoluxdura bilərlər. Heç bir simptomu olmayan koronavirus infeksiyası daşıyan insan bədəni genetik xüsusiyyətlərinə görə virusun hissəciklərini “oxumur”.

Publika.az xəbər verir ki, bu barədə virusoloq Aleksandr Butenko Rusiya mətbuatına açıqlamasında bildirib.

Mütəxəssis dünyada koronavirusa yoluxmuş bir çox insanın infeksiyaya qarşı immunitetli olduğunu xatırladıb. Bununla birlikdə, onlar "COVID-19"un daşıyıcıları olmağa davam edirlər və asanlıqla başqalarına virusu yoluxdura bilərlər. Alimlərin fikrincə, yoluxmuş insanların 50-80% -də koronavirus asemptomatikdir. Bəzi mütəxəssislər, asimptomatik daşıyıcıların nəticədə bir növ “peyvənd” rolunu oynacağına inanırlar, çünki virusa antikor hazırlayan ilk onlar olacaqlar.

“Bu cür insanların bədəni sadəcə bəzi genetik xüsusiyyətlərinə və ya bu hissəciklərin kiçikliyinə görə virus hissəciklərini oxumur” , - deyə Butenko qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru