Smartfonlar selfi modullar vasitəsilə xəstəliklərə diaqnoz qoymağı öyrənib

26-05-2020, 07:26           
Smartfonlar selfi modullar vasitəsilə xəstəliklərə diaqnoz qoymağı öyrənib
Smartfonların selfi modulları əksər hallarda birbaşa təyinatı üzrə tətbiq edilir, ancaq bu yaxınlarda alimlər mobil kameralardan istifadənin daha orijinal metodunu hazırlayıblar. Yeni alqoritm istifadəçinin şəkillərini ətraflı şəkildə araşdıraraq müxtəlif xəstəliklərə yüksək dəqiqliklə diaqnoz qoymaq qabiliyyətinə malikdir.

Teref.Az ictnews.az-a istinadən bildirir ki, İndianapolis Universitetinin tədqiqatçıları göz qapaqlarının şəkillərinin təhlili əsasında qanda hemoqlobinin səviyyəsinin ölçülməsi üçün yeni bir metod hazırlayıblar. Mütəxəssislər bu parametrin insanın sağlamlıq vəziyyətinin mühüm göstəricisi olduğunu nəzərə alaraq öz hazırlamalarını "distant diaqnostikanın ən perspektivli üsullarından biri" kimi təqdim edirlər. Texnologiyanın işləməsi üçün heç bir xüsusi avadanlıq tələb olunmur və bütün hesablamalar smartfonda həyata keçirilir.

Alimlərin bəyanatına görə, könüllülərin iştirakı ilə keçirilmiş sınaqlar zamanı mobil analizin səhvi 5%-10% aralığında olub. Müvafiq mobil proqramın çıxarılma tarixi hələ elan edilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru