"Apple" Trampın rüsum təhdidinə görə, yeni "iPhone" modellərinin qiyməti ilə bağlı qərar qəbul edib

Bu gün, 00:14           
"Apple" Trampın rüsum təhdidinə görə, yeni "iPhone" modellərinin qiyməti ilə bağlı qərar qəbul edib
"Apple" şirkəti ABŞ Prezidenti Donald Trampın rüsum təhdidlərinə baxmayaraq, yeni təqdim etdiyi "iPhone" modellərinin qiymətlərini sabit saxlayıb.

Yeni "iPhone Air" modelinin ilkin satış qiyməti 999 dollar olaraq müəyyən edilib. "Apple" bu modeli indiyədək istehsal etdiyi ən dayanıqlı və enerjiyə qənaətli "iPhone" kimi təqdim edir.
Təqdimat zamanı "Apple" rəhbəri Tim Kuk (Tim Cook) bu cihazı "iPhone" tarixində ən böyük texnoloji sıçrayış kimi xarakterizə edib.

Yeni modelin qiymət strategiyası əvvəlki illərlə müqayisədə dəyişməz qalıb. Məsələn, 256 GB yaddaşa malik "iPhone 17" 799 dollardan satışa çıxarılacaq ki, bu da ötənilki "iPhone 16" modelinin 128 GB versiyası ilə eyni qiymətdir. "iPhone 17 Pro" isə 1.099 dollara təklif olunacaq, əvvəlki modelin eyni yaddaş versiyası ilə qiyməti eynidir, lakin artıq daha ucuz variant mövcud deyil.

"Apple" eyni zamanda yeni "Apple Watch" və "AirPods Pro 3" qulaqlıqlarının da qiymətini dəyişməyib. Qulaqlıqlar dillərin canlı tərcüməsini dəstəkləyəcək, saat isə qan təzyiqini ölçmək funksiyası ilə təchiz olunub. Qeyd edək ki, qan təzyiqi funksiyası hələ tənzimləyici orqanların təsdiqini gözləyir.

Qeyd edək ki, yeni cihazların təqdimatından sonra "Apple"ın səhmləri 1,6% ucuzlaşıb. Analitiklərə görə, bu, şirkətin rüsum təzyiqləri fonunda bazar payını qorumaq üçün qiymət artımına getməməsi ilə bağlıdır.
"Apple" rəqibləri olan "Samsung", "Google" və Çindəki yerli markalarla rəqabətdə qiymətləri sabit saxlamaqla istifadəçi etibarını qorumağa çalışır. Şirkət rüsumların bu rüb ərzində 1 milyard dollardan çox xərc yaradacağını proqnozlaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru